Danimarka Krallığında şahzadə Henrik vəfat edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Henrik kraliça II Marqretin həyat yoldaşı olub.
Məlumata görə, şahzadə 2 həftə əvvəl Misirə səfəri zamanı özünü narahat hiss edib. Danimarka taxt-tacının vəliəhdi, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Frederik Qış Olimpiya Oyunlarını tərk edərək təcili Kopenhagenə geri dönüb.