Modern.az

Ermənilərdən SOCAR-ın yanacaqdoldurma məntəqəsində təxribata cəhd

Ermənilərdən SOCAR-ın yanacaqdoldurma məntəqəsində təxribata cəhd

Dünya

28 Fevral 2018, 22:55

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib. Modern.az xəbər verir ki,  “SOCAR Energy Ukraine”dən AZƏRTAC-a verilən məlumata görə, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

 

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

 

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

 

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?