Modern.az

Qəzaya uğrayan "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub

Qəzaya uğrayan "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub

7 Mart 2018, 00:43

Suriyanın Hmeymim aeroportu yaxınlığında qəzaya uğramış Rusiyanın "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildiriblər.

 

Müdafiə Nazirliyindən bildiriblər ki, təyyarədə 6 heyyət üzvü və 33 sərnişin olub. Onların hamısı hərbi qulluqçu olub.

Nazirliyin komissiyası hadisənin bütün mümkün səbəblərini araşdırır. Həlak olanların ailə üzvlərinə və yaxınlarına bütün mümkün və zəruri yardım və dəstək göstəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat