Modern.az

Rus təyyarəsi aeroport  əməkdaşının ayağının üstündən keçdi - LONDONDA

Rus təyyarəsi aeroport  əməkdaşının ayağının üstündən keçdi - LONDONDA

30 Mart 2018, 00:05

London Qatvik hava limanında qəribə hadisə baş verib. Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, “Rossiya” aviaşitkərinə məxsus A-319 təyyarəsi uçuşa hazırlaşarkən hava limanının əmıkdaşının ayağının üstündən keçib.

Yerli mətbuatın yazdığına görə, aeroport işçisinin təyyarəyə belə yaxın məsafədə olmasının səbəbi məlum deyil.

Hadisə nəticəsində hava limanının əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Maraqlıdır ki, bundan sonra təyyarədə də nasazlıqların olduğu müəyyənləşib və London – Sankt-Peterburq reysi gecikib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat