Modern.az

Tramp Suriya ilə bağlı yeni MESAJ verdi

Tramp Suriya ilə bağlı yeni MESAJ verdi

12 Aprel 2018, 15:50

“Suriyaya nə vaxt hücum ediləcəyi barədə heç nə deməmişəm”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Tvitter hesabında paylaşıb: “Bu hadisə tezliklə də ola bilər, gec də. ABŞ mənim rəhbərliyim ilə bölgəni İŞİD-dən təmizləyərkən əla iş görüb. Ancaq bunun qarşılığında təşəkkür görmürəm”.

 

Xatırladaq ki, dünən Rusiya Suriyanı raket hücunlarından qoruyacağını elan etmişdi. Tramp isə cavabında Rusiyanı hədələyərək bölgəyə daha güclü raket zərbləri vuracağını demişdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat