Modern.az

Çe Gevaranın oğlu Krıma gəldi

Çe Gevaranın oğlu Krıma gəldi

17 Aprel 2018, 23:59

Kubalı inqilabçı Ernesto Çe Gevaranın oğlu Ernesto Gevara atasına həsr olunmuş fotosənədlər sərgisinin açılışında iştirak etmək üçün Krıma gəlib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

“Ernesto Gevara artıq Krımdadır. Çərşənbə günü “Ernesto Çe Gevara. Azadlıq yolu” sərgisinin açılışı keçiriləcək”, - mənbə bildirib.

Tədbir Simferopol şəhərindəki İvan Franko adına kitabxanada təşkil olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat