Modern.az

Amerikalılar “Twitter”ə görə Trampdan narazıdır

Amerikalılar “Twitter”ə görə Trampdan narazıdır

Dünya

31 May 2018, 17:55

ABŞ vətəndaşlarının 70 faizi prezident Donald Trampın “Twitter” sosial şəbəkəsindən sui-istifadə etdiyini hesab edir.

 

Modern.az “Politico” nəşrinə istinadən xəbər verir ki, “Morning Consult” şirkətinin apardığı sorğu bunu göstərib.

 

Sorğu göstərib ki, Trampın “Twitter” sosial şəbəkəsindən çox istifadə etdiyini hesab edənlərin sayı keçən ilkinə nisbətdə 3 % artaraq 72 %-ə çatıb.

 

Bundan əlavə Respublikaçıların 52 %-i onun sosial şəbəkədən istifadəsini pisləyib, 38 % iştirakçılar isə bunun onun proqramına xələl gətirdiyini bildirib.

 

Qeyd edək ki, sorğu mayın 23-dən 29-na kimi 1995 nəfər arasında keçirilib.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır