Modern.az

Bu ölkədə etirazlarda ölənlərin sayı 10-a çatdı

Bu ölkədə etirazlarda ölənlərin sayı 10-a çatdı

16 İyul 2018, 09:36

Nikaraquada etiraz aksiyaları nəticəsində gün ərzində ölənlərin sayı 10-a çatıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə bazar günü Nikaragua İnsan Hüquqları Assosiasiyasının icraçı katibi Alvaro Leyva Sançes məlumat yayıb.

 

“Prensa” portalının məlumatına görə ölənlərin 4-ü iğtişaşlarla mübarizə qrupunun əməkdaşlarıdır.

Etirazçılarla yerli hakimiyyət qüvvələri arasında toqquşmalar 4 yaşayış məntəqəsi və iki departamentdə qeydə alınıb.

 

Ölənlərdən birinin 10-11 yaşlı qız uşağı olduğu bildirilir.

Qeyd edək ki, aprelin 18-dən Nikaraquada vətəndaşlar hakimiyyətin yeni islahatlarına qarşı etiraz aksiyaları keçirir. İslahatlar işverən və işçilərdən sosial sığorta fonlarına keçiriləcək məbləğin artırılmasını nəzərdə tutur.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır