Modern.az

İsrail Xarici İşlər Nazirliyində partlayış

İsrail Xarici İşlər Nazirliyində partlayış

Dünya

13 Yanvar 2019, 20:38

İsraildə partlayış qeydə alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xarici İşlər Nazirliyinin (XİN) binasında baş verib.

 

Qüds polisinin məlumatına görə, idarədə qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan binanın bir neçə mühafizəçisi zərər çəkib.

 

Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısı almaq üçün kondisionerlərin söndürülməsi təlimatlı verilib.

 

Məlumata görə, hadisə qumbaraların saxlanıldığı binanın anbarında baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır