Modern.az

Qum qasırğası nəticəsində 39 nəfər xəsarət aldı

Qum qasırğası nəticəsində 39 nəfər xəsarət aldı

Dünya

14 Yanvar 2019, 21:27

İranın Kirman vilayətinin Bəm rayonunda qum qasırğası nəticəsində 39 nəfər xəsarət alıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidinin sözlərinə görə, tibb müəssisələrinə müraciət edənlərin hamısı müalicə olunaraq evə buraxılıb.

 

Qum qasırğası 2 əsas magistral və 62 kənd yolunun bağlanmasına səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır