Modern.az

Türkiyədə sərnişinlə dolu avtobus yandı - FOTO

Türkiyədə sərnişinlə dolu avtobus yandı - FOTO

Dünya

9 İyun 2019, 22:17

Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.

 

Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çıxararaq sərnişinləri oradan düşürüb.

 

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.

 

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır