Modern.az

Ali dini lider 691 nəfəri afv etdi

Ali dini lider 691 nəfəri afv etdi

9 İyun 2019, 22:27

İranın Ali dini lideri Ayətullah Xamenei Ramazan bayramı münasibəti ilə bir qrup dustağın cəzasının əfvinə və yaxud yüngülləşdirilməsinə razılıq verib.

 

Modern.az  APA-ya istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

 

İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi Fitr bayramı münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 691 məhbusun əfv olunması,  cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunub. Ali dini lider həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır