Modern.az

Xüsusi təyinatlının qətlinə görə 8 erməni həbs olundu

Xüsusi təyinatlının qətlinə görə 8 erməni həbs olundu

10 İyun 2019, 14:23

Moskva vilayətinin Krasnioqorsk şəhər məhkəməsi Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlısı Nikita Belyankinin qətlinə görə sayca 8-ci erməni Hamlet Ayrapetyanı 2 aylıq həbsə göndərib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onu bir qrup şəxslə birgə xuliqanlı əməlində ittiham edirlər.

 

Buna qədər, məhkəmə 24 yaşlı xüsusi təyinatlının qətlinə görə Sergey Xocoyan, Rudik Manukyan, Artur Akopyan, David Yeqiazaryan, Suren Markosyan, Narek Stepanyan və Saak Saakyanı həbs edib.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır