Modern.az

Putin çeçen komandirin öldürülməsinə haqq qazandırdı

Putin çeçen komandirin öldürülməsinə haqq qazandırdı

Dünya

10 Dekabr 2019, 10:55

Rusiya prezidenti bu ilin yayında Berlində qətlə yetirilən Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili barədə danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin çeçen mənşəli Xanqoşvilini amansız və təhlükəli terrorçu adlandırıb.

“Xanqoşvili Moskva metrosundakı terror aktının təşkilatçısı idi. Onun iştirak etdiyi təkcə bir terror aktında 98 nəfər ölmüşdü”.

 

Putin Xanqoşvilinin qətlində Rusiya xüsusi xidmət orqanlarının əlinin olması barədə fikirləri təkzib edib. O, Berlinin 2 rusiyalı diplomatı ölkədən çıxarmasını səhv qərar adlandırıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat