Modern.az

Nigeriyada terrorda 19 nəfər öldü

Nigeriyada terrorda 19 nəfər öldü

Dünya

14 Dekabr 2019, 21:52

Boko Haram terrorçuları Nigeriyanın şimal-şərqindəki Mamuri kəndinə hücum edib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində biri polis olmaqla, 15 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

Nigeriya Prezidenti Məhəmməd Buxari həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 2009-cu ildən bu vaxta qədər Boko Haram terror təşkilatının törətdiyi teraktlar nəticəsində Nigeriyada 20 mindən çox insan həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır