Modern.az

Ermənistan blokadadan çıxa bilər? - Paşinyanın 600 milyonluq AVANTÜRASI

Ermənistan blokadadan çıxa bilər? - Paşinyanın 600 milyonluq AVANTÜRASI

Dünya

18 Dekabr 2019, 13:03

Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir.

 

Modern.az Erməniostanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, qiyməti 600 milyon dollar olan limanı almaqla rəsmi Yerevan ölkəyə yüklərin maneəsiz gətirilməsinə nail olmağı hədəfləyib.

“Səhmdar cəmiyyətin yaradılması müzakirə olunur. Diaspor biznesmenləri də bunun bir parçası olacaq. Amma hazırda bu vəsaiti ayırmağa hazır olan şəxs yoxdur”-deyə qəzet yazır. Məqalədə limanın alınması üçün Nikol Paşinyan hökumətinin aktiv fəaliyyətə keçdiyi və pul mənbəyi axtardığı da vurğulanır. 

 

Hazırda Batumi limanı Qazaxıstanın “Kazumnayqaz” dövlət şirkətinə məxsusdur. Ermənistana idxal olunan məhsulların 60%-ə qədəri Batumi və Poti limanlarından gətirilir. 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?