Modern.az

Rusiyada oteldə partlayış - 5 nəfər öldü

Rusiyada oteldə partlayış - 5 nəfər öldü

Dünya

21 Yanvar 2020, 10:13

Rusiyanın Perm şəhərində su borusunun partlaması nəticəsində 5 nəfər ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Karamel” adlı oteldə qızdırıcı sistemin isti su borusunun partlaması insan itkisinə səbəb olub.

 

Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib, 3 nəfər isə ciddi bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan polis xidmətinin əməkdaşları və ekspertiza qrupu ölənlərin kimliyini müəyyənləşdirməyə çalışır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi