Modern.az

Özbəkistanda təhsil müəssisələri fəaliyyətini dayandırır

Özbəkistanda təhsil müəssisələri fəaliyyətini dayandırır

15 Mart 2020, 17:51

Koronavirus təhlükəsi ilə bağlı martın 16-dan Özbəkistanda bütün ali və orta təhsil müəssisələri, həmçinin uşaq bağçaları fəaliyyətini dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu haqda Özbəkistanın Baş Naziri Abdulla Aripov martın 15-də koronovirusla bağlı keçirdiyi müşavirədə məlumat verib.

 

Qeyd edək ki, martın 13-də Parisdən gələn Özbəkistan vətəndaşı olan qadında ilk koronavirus aşkarlanıb. Həmin təyyarədə Daşkəndə uçan 48 sərnişin və ekipaj üzvlərinin hamısı 14 günlük karantinə yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə