Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 250-ni ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 250-ni ötdü

12 Aprel 2020, 11:02

Gürcüstanda koronavirusa yoluxanların sayı 252 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

 

COVID-19 infeksiyasına yoluxanların 60-ı sağalıb, 3-ü isə ölüb.

 

Karantində 4 929, stasionar nəzarətdə isə 405 nəfər saxlanılır.

 

Qonşu ölkədə Türkiyə və Ermənistanda koronavirusa yoluxan üç Gürcüstan vətəndaşı da müalicə olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə