Modern.az

“Koronavirusa qarşı vaksinin hazırlanması üçün...” – VACİB AÇIQLAMA

“Koronavirusa qarşı vaksinin hazırlanması üçün...” – VACİB AÇIQLAMA

2 May 2020, 17:21

“Koronavirusa qarşı vaksinin hazırlanması üçün təxminən 8 milyard avro tələb olunur”.

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Dövlət başçısı koronavirusun hər kəsə yoluxacağını bildirərək  bütün dünya ölkələrini vaksinin hazırlanması üçün əməkdaşlığa çağırıb.

 

Mayın 4-də Avropa Birliyinin (AB) virusla mübarizə üçün donor konfransı təşkil edəcəyinə diqqət çəkən Merkel, Almaniyanın da donor üçün böyük məbləğdə maliyyə ayıracağını deyib.

Qeyd edək ki, ötən həftə may ayının 4-də keçiriləcək konfrans üçün Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 7.5 milyard dollar pul toplayacağını bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?