Modern.az

Netanyahu yeni hökuməti təqdim etdi

Netanyahu yeni hökuməti təqdim etdi

Dünya

17 May 2020, 14:58

İsrail Baş naziri Benyamin Netanyahu yeni hökuməti Knessetə təqdim edib.

 

Modern.az xəbər verir ki, Netanyahu təqdimatdan əvvəl Knesset qarşısında çıxış edib.

 

“Cəmiyyət vahid hökumət görmək istəyir”, - Netanyahu çıxışında bildirib.

 

Netanyahu bildirib ki, əgər ölkə ardıcıl dördüncü dəfə seçkiyə getməyə məcbur qalsa, bu, əlavə 2 milyard şekelə başa gələcək.

 

Qeyd edək ki, Netanyahu çıxış üçün tribunaya qalxarkən mikrofonu salfetlə silib. Hökumət üzvləri isə iclasa maska ilə gəliblər.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə