Modern.az

Türkiyədə və İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

Türkiyədə və İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

Dünya

17 May 2020, 16:10

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirilib.

 

Modern.az xəbər verir ki, Gabar ərazisində keçirilən bu əməliyyatda 3 PKK mənsubu zərərsizləşdirilib.

 

Digər bir məlumat görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Avaşin-Basyan bölgəsindəki PKK düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 2 terrorçu məhv edilib.

 

Hökumət rəsmilərinin açıqlamalarına görə, hazırda İraqın şimalında 134 PKK terrorçusu yerləşir. Onların yerləşdikləri məkanların təsbit edilməsi üçün pilotsuz kəşfiyyat aparatlarından da istifadə olunur.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə