Modern.az

Antalyada anormal isti hava 

Antalyada anormal isti hava 

Dünya

17 May 2020, 16:15

Bu gün Türkiyənin Antalya şəhərində havanın temperaturu 38,8 dərəcəyədək yüksəlib. May ayı üçün anormal istilər şəhərdə havanın temperaturunun ölçülməyə başladığı 1929-cu ildən indiyədək ilk dəfə müşahidə olunub.

 

Modern.az xəbər verir ki, şəhərdə bugünədək ən isti hava 1945-ci il mayın 26-da (38,7 dərəcə) qeydə alınıb.

 

Mütəxəssislər anormal hava şəraiti ilə bağlı vətəndaşları xəbərdar ediblər.

 

Xatırladaq ki, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə havanın temperaturunun yüksəlməsi gözlənilirdi.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə