Modern.az

Tələbələr və evsizlər üçün müvəqqəti ev

Tələbələr və evsizlər üçün müvəqqəti ev

21 İyun 2020, 16:26

Finlandiyanın universitet tələbələri tələbələr və evsizlər üçün müvəqqəti mənzilin prototipini hazırlayıblar.

 

Modern.az “Novate.ru” saytına istinadla bildirir ki, 3 mərtəbəli kompakt yaşayış binasını hətta ən ensiz yerdə qurmaq mümkündür. “Kokoon” adlanan və 35 kvadratmetr sahəyə malik evin montajına isə cəmi 1 gün vaxt lazımdır.

 

Evin içində mətbəx və nahar otağı, yataq otağı və vanna otaqları var.

 

Bu gün “Kokoon” evləri yalnız Fin Arxitekturası Muzeyi ərazisində görmək mümkündür.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi