Modern.az

Britaniyada koronavirusla bağlı son durum

Britaniyada koronavirusla bağlı son durum

21 İyul 2020, 01:05

Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasına 580 yeni yoluxma faktı qeydə alınıb.

 

Modern.az “RİA Novosti”yə istinadla  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da 295 372 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Xatırladaq ki, Böyük Britaniya ölkədə yeni növ koronavirus infeksiyasından ölənlərin sayı ilə bağlı gündəlik yeniləmələri dayandırdığını açıqlayıb.

 

Bu qərar hökumətin rəqəmlərin şişirdilə biləcəyi ilə bağlı narahatlıqla əlaqədar məlumatların hesablanması metodlarına yenidən baxılması barədə göstəriş verməsindən sonra qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi