Modern.az

Rusiyalı senator: “Ermənistanda illuziya var idi ki, Qərb onlara hamilik edəcək”

Rusiyalı senator: “Ermənistanda illuziya var idi ki, Qərb onlara hamilik edəcək”

Dünya

4 Oktyabr 2020, 23:57

Rusiya Federasiya Şurasının informasiya siyasəti və KİV-lə əməkdaşlıq komitəsinin sədri, senator Aleksey Puşkov Azərbaycan və Ermənistan arasında yaşayan hərbi gərginliyi şərh edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı siyasətçi ermənilərin Qərbin onları himayə edəcəyi ilə bağlı illuziyada olduqlarını deyib.

 

“Ermənistanda illuziya var idi ki, nəsə olsa, Qərb onlara hamilik edəcək. Xüsusən bu ideyalar Rusiyadan tədricən uzaqlaşmağın və Qərbə orinetasiya etmək ideyaları ilə yaşayan Qərbdə təhsil almış yerli gənc menecerlərdə var idi. Və nəticəsi – aydın oldu ki, Qərbdə sözdə dəstəkdən başqa real yardım yoxdur. Qərb Ermənistana yardıma tələsmir”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi