Modern.az

BMT missiyası Qarabağa GƏLİR

BMT missiyası Qarabağa GƏLİR

Dünya

11 Dekabr 2020, 13:48

Birləşmiş Millətlər Təşkilatı Qarabağa missiya göndərəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Cucarrik açıqlama verib.

“BMT Dağlıq Qarabağa missiyasını göndərmək niyyətindədir və tərəfləri sıx əməkdaşlığa çağırır”- deyə açıqlamada deyilir.

 Qeyd edək ki, bu ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatın 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.

Çox ehtimal ki, missiya bunun üçü bölgəyə gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi