Modern.az

Avropanın 27 ölkəsində eyni vaxtda koronavirus vaksinasiyası başlayır

Avropanın 27 ölkəsində eyni vaxtda koronavirus vaksinasiyası başlayır

Dünya

22 Dekabr 2020, 10:30

Dekabrın 21-də Avropa Tibb Agentliyi (EMA) ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin hazırladığı vaksinə yaşıl işıq yandırıb.

Modern.az xəbər verir ki, mərkəzi qərargahı Amsterdamda yerləşən qurumun təsdiqi nəticəsində Avropa Birliyinin 27 üzvü ilin sonunadək vaksinasiyaya başlayacaq.

Məlumatlara görə, vaksinin vurulmasına Milad bayramından dərhal sonra, dekabrın 27-dən başlanacaq.

Avropa Tibb Agentliyi vaksinlərin təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyini bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, peyvəndləməyə bütün Avropa İttifaqı boyunca eyni vaxtda başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi