Modern.az

Kamala Harris hamını peyvəndə çağırdı: “Mən alimlərə inanıram”

Kamala Harris hamını peyvəndə çağırdı: “Mən alimlərə inanıram”

Dünya

29 Dekabr 2020, 23:22

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris canlı yayımda koronavirusa qarşı peyvənd vurdurub.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, Harris bununla bütün amerikalılara nümunə olmaq istədiyini deyib:

 

“İndi mən vaksin etdirdim. Hamını peyvəndə çağırıram. Bu, nisbətən ağrısız, sürətli və təhlükəsiz prosedurdur. Həyat yoldaşım da peyvənd olunacaq. Vaksinlərin ikinci partiyasının alınacağı vaxtı gözləyirəm. Mən alimlərə inanıram”.

 

Qeyd edək ki, Kamala Harris "Moderna" şirkətinin preparatı ilə peyvənd olunub.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi