Modern.az

Türkiyə və ABŞ C-400-lə bağlı danışıqlara başladı

Türkiyə və ABŞ C-400-lə bağlı danışıqlara başladı

Dünya

30 Dekabr 2020, 20:29

Türkiyə və ABŞ Rusiyanın C-400 hava müdafiəsi sisteminin Türkiyə tətəfindən alınması ilə əlaqədar işçi qrupunun yaradılması razılığına gəliblər və texniki danışıqlara başlayıblar.

Modern.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O, qeyd edib ki, Ankaranın Moskvadan C-400 zenit raket kompleksinin alınması sazişi qüvvədə qalır və Türkiyə məsələylə bağlı həm ABŞ, həm də qərb tərəfdaşları ilə dialoq aparmağa hazırdır.   
       

Bundan əvvəl, dekabrın 14-də Birləşmiş Ştatlar C-400 raket kompleksinin alınmasında cavabdehlik daşıyan türk məmur və idarərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR