Modern.az

ABŞ-da silahlı atışma: 4-ü polis olmaqla 5 nəfər öldü

ABŞ-da silahlı atışma: 4-ü polis olmaqla 5 nəfər öldü

Dünya

10 Yanvar 2021, 12:30

ABŞ-ın İllinoys ştatının Evanston şəhərində silahlı insident baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs girov götürdüyü qadını güllələyib. Hadisə yerinə gələn polislərlə onun arasında atışma baş verib.

 

Silahlı insident nəticəsində dörd polis ölüb. Cinayətkar yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda cinayətin baş vermə səbəbi araşdırılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə