Modern.az

“ABŞ və Rusiya Qarabağ məsələsi ilə bağlı ünsiyyətdədir” – Səfirdən AÇIQLAMA

“ABŞ və Rusiya Qarabağ məsələsi ilə bağlı ünsiyyətdədir” – Səfirdən AÇIQLAMA

30 Yanvar 2021, 14:43

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Qarabağ məsələsi ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, o bu barədə “Dojd” telekanalına müsahibə verib.

 

“ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir və brifinqdə bizə Dağlıq Qarabağdakı hadisələr, Azərbaycanla Ermənistan arasında münaqişənin dayandırılması barədə məlumat verildi. Bu ABŞ və Rusiya hökumətinin həmçinin, Fransanın Minsk qrupu həmsədri kimi ünsiyyət saxladığı sahələrdən biridir. Biz bu məsələdə ünsiyyətimizi davam etdirməkdə maraqlıyıq”- deyə səfir söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə