Modern.az

Nigeriyada əsirlikdə saxlanılan 6 Ukrayna dənizçisi azad olundu

Nigeriyada əsirlikdə saxlanılan 6 Ukrayna dənizçisi azad olundu

31 Yanvar 2021, 09:04

“Keçən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən “Stevia” yük gəmisinin heyətindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb və onlar təhlükəsizdirlər”. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram hesabında yazıb.

 

“Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı – “Stevia” gəmisinin ekipaj üzvləri, ay yarım Nigeriyada piratların əsirliyində idilər”, deyə Ukrayna prezidenti qeyd edib. 

 

Zelenski azad edilmiş dənizçilərin fotoşəkilini də paylaşıb.

 

Xatırladaq ki, keçən il dekabrın 16-da Kamerun bayrağı altında Port Harkourtdan (Nigeriya) Abidjana (Cot de İvar) üzən “Stevia” yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən tutulmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə