Modern.az

BMT-dən erməni diversantların azad olunmasına ÇAĞIRIŞ

BMT-dən erməni diversantların azad olunmasına ÇAĞIRIŞ

Dünya

1 Fevral 2021, 16:32

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qarabağ münaqişəsi ilə bağlı çağırış edib.

 

Modern.az xəbər verir ki, təşkilat Qarabağda əsir düşən bütün şəxslərin evlərinə qayıtmasına səsləyib.

“Münaqişə ilə bağlı azadlıqlarından məhrum edilən hər kəs evinə dönməlidir. Münaqişədə həlak olanların yaxınları onların nəşini geri almalıdır”- deyə çağırışda deyilir.

 

Xatırladaq ki, hazırda Azərbaycan tərəfində Xocavənddə diversiya cəhdi törətməyə çalışan zaman tutulan 57 erməni diversant saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi