Modern.az

Yaponiyada zəlzələ 50-dən artıq insanı yarımcan qoydu

Yaponiyada zəlzələ 50-dən artıq insanı yarımcan qoydu

Dünya

14 Fevral 2021, 08:50

Yaponiyada baş verən 7.3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfəri ötüb.

 

Modern.az Kyodo agentliyinə istinadən xəbər verir ki, yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

 

Yaponiyanın Baş naziri Yoşihide Suqa zəlzələdən sonra açıqlama verərək, yeraltı təkanların genişmiqyaslı dağıntılara və çox sayda qurbana səbəb olmadığını bildirib. O, həmçinin, Yaponiyanın nüvə obyektlərinə ziyan dəymədiyini qeyd edib.

 

Baş nazir yerli sakinləri yeraltı təkanlara hazır olmağa və gecə çölə çıxmamağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə