Modern.az

Nigeriya lideri “Twitter”dəki postunun silinməsinə münasibət bildirdi

Nigeriya lideri “Twitter”dəki postunun silinməsinə münasibət bildirdi

6 İyun 2021, 10:22

Nigeriya Prezidenti Muhammadu Buxari, “Twitter”dəki yazısının silinməsindən məyus olduğunu qeyd edib.

 

Modern.az bildirir ki, bununla bağlı Prezidentin mətbuat katibi açıqlama verib.

 

Açıqlamada qeyd olunur ki, sosial şəbəkədəki bu cür "senzura" Nigeriyanın üzləşdiyi çətinliklərin səhv başa düşülməsinə əsaslanır.

 

Nigeriyanın telekomunasiya operatorları 5 iyun tarixindən hökumətin verdiyi əmrdən sonra ölkədə “Twitter”ə girişləri dayandırdıqlarını açıqlayıblar.

 

Belə ki, ölkədə “Twitter”ə giriş qeyri-müəyyən müddətə dayandırılıb.

 

 
 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə