Modern.az

Baş katib Rusiya-Çin əməkdaşlığını ciddi problem adlandırdı

Baş katib Rusiya-Çin əməkdaşlığını ciddi problem adlandırdı

6 İyun 2021, 15:58

NATO Baş katibi Yens Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın getdikcə daha da yaxınlaşdığını və bunun Şimali Atlantika ittifaqı üçün yeni ciddi bir problemi olduğunu iddia edib.

 

Modern.az bildirir ki, bu barədə o, “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib:

 

"Bildiririk ki, Rusiya və Çin son vaxtlar həm siyasi, həm də hərbi baxımdan daha sıx əməkdaşlıq edir".

 

Onun fikrincə, Moskva və Pekin BMT daxil olmaqla beynəlxalq təşkilatlardakı fəaliyyətlərini getdikcə daha çox koordinasiya edirlər:

 

"Bundan əlavə, iki ölkə birgə manevrlər, uzun mənzilli döyüş təyyarələri və dəniz əməliyyatları həyata keçirir və döyüş sistemlərinin istifadəsi, internet üzərində nəzarət sahəsində fəal şəkildə təcrübə mübadiləsi aparırlar".

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə