Modern.az

Erməni əsilli nazir Zelenskinin istəyi ilə istefa verib - AÇIQLAMA

Erməni əsilli nazir Zelenskinin istəyi ilə istefa verib - AÇIQLAMA

Dünya

16 İyul 2021, 00:48

Erməni əsilli Arsen Avakov Ukraynanın daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin istəyi əsasında istefa verib.

 

Modern.az xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

 

“Prezident, Arsen Avakovun istefa etməsini təklif edib, Arsen Borisoviç isə bu qərarı qəbul etdi”, - deyə o, qeyd edib.

 

Onun sözlərinə görə, atılan addım tamamilə balanslı idi:

 

“Bu məsələdən az adam xəbərdar olub və çoxdan hazırlanırdı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat