Modern.az

Fransada koronavirusun dördüncü dalğası başlayıb  

Fransada koronavirusun dördüncü dalğası başlayıb  

Dünya

20 İyul 2021, 01:00

Fransada koronavirus pandemiyasının dördüncü dalğası başlayıb.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Nazirlər Şurasının iclasının yekunları üzrə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal deyib.

 

Q.Attal bildirib: "Biz koronavirus pandemiyasının dördüncü dalğasına qədəm qoyduq. Hazırda virusun yayılma sürəti əvvəlki mərhələlərə nisbətən daha yüksəkdir. Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb. İndi hər gün təxminən 10 min yeni yoluxma halı qeydə alınır".

 

Onun sözlərinə görə, yeni yoluxma hallarının 80 faizi "delta" ştammı ilə əlaqədardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat