Modern.az

Latviya Belarusla sərhəddə tikanlı məftil çəkir

Latviya Belarusla sərhəddə tikanlı məftil çəkir

11 Avqust 2021, 19:18

Latviya hökuməti ölkənin şərq sərhədini qorumaq və qanunsuz miqrasiyanın qarşısını almaq üçün lazım olan infrastrukturun inşasına maliyyə ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Latviyanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Görülən tədbirlər arasında Belarusla sərhəddə tikanlı məftilin çəkilməsi də var. Bunun üçün Latviya hökuməti 1.7 milyon dollar ayıracaq.

 

Nazirliyin hesablamalarına görə, 2022-ci ildə sərhəd infrastrukturunun tikintisi üçün əlavə 14 milyon avro ayrılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat