Modern.az

“Taliban” iki hava limanını ələ keçirdi

“Taliban” iki hava limanını ələ keçirdi

11 Avqust 2021, 21:19

Əfqanıstanda Şiberqan və Fərəh şəhərlərində yerləşən hava limanları “Taliban” qiyamçıları tərəfindən ələ keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Taliban” nümayəndəsi Zabiullah Mücahid “Twitter” səhifəsində yazıb.

 

Hava limanları bir müddət əvvəl hökumət qüvvələri tərəfindən geri alınmışdı.

 

Mücahid bildirib ki, Əfqanıstan ordusunun bir neçə hərbi qulluqçusu hava limanlarını ələ keçirdikdən sonra postlarını tərk edərək qiyamçılara qoşulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat