Modern.az

Əfqan hərbçilər Özbəkistana sığındı: XİN hərəkətə keçdi

Əfqan hərbçilər Özbəkistana sığındı: XİN hərəkətə keçdi

15 Avqust 2021, 10:58

Avqustun 14-də axşam saatlarında Özbəkistan sərhədçiləri əfqan hərbçilərinin xahişi ilə sanitar-epidemioloji yoxlamadan keçirildikdən sonra humanist prinsipləri əsas tutaraq Əfqanıstan silahlı qüvvələrinin daha 84 hərbçisini qəbul ediblər. Onların 3-ü yaralıdır.

 

Modern.az Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, yaralanan əfqan hərbçilərinə tibbi yardım göstərilib.

 

Hazırda Əfqanıstanla dövlət sərhədindəki “Termez-Xayraton” körpüsündə Özbəkistana keçmək üçün çox sayda əfqan hərbçi toplaşıb.

 

Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarının geri qaytarılması üçün danışıqlar aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?