Modern.az

Amerikalı general “Taliban” nümayəndələri ilə görüşüb

Amerikalı general “Taliban” nümayəndələri ilə görüşüb

16 Avqust 2021, 00:45

ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri general Frank Makkenzi Doha şəhərində “Taliban” qiyamçılarının nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “FoxNews” telekanalı məlumat yayıb.

 

Məlumata görə, general “Taliban”a Kabildən çıxan amerikalılara hücum etməmələri barədə xəbərdarlıq edib. O, hücum ediləcəyi təqdirdə, Amerika ordusunun onlara zərbə endirəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?