Modern.az

ABŞ-la Rusiya arasında Əfqanıstan müzakirəsi

ABŞ-la Rusiya arasında Əfqanıstan müzakirəsi

16 Avqust 2021, 20:53

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

 

“Tərəflər dövlət başçısının ölkədən qaçmasından sonra Əfqanıstandakı vəziyyəti, mövcud hökumətin çökməsini və de-fakto rejim dəyişikliyini müzakirə ediblər”, - deyə Nazirlik qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?