Modern.az

Şimali Makedoniya 450 əfqan qaçqını qəbul edəcək

Şimali Makedoniya 450 əfqan qaçqını qəbul edəcək

17 Avqust 2021, 22:49

Şimali Makedoniya “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandan gələn 450 qaçqını qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Şimali Makedeniya hökuməti məlumat yayıb.

 

Şimali Makedoniyaya gələn qaçqınlar humanitar və sülhməramlı missiyalarda işləyən hüquq təşkilatlarının fəalları, jurnalistlər, tərcüməçilər, tələbələr və təqaüdçülər olacaq.

 

Qaçqınların həftənin sonuna qədər gəlməsi gözlənilir. Şimali Makedoniya Albaniya və Kosovo ilə birlikdə ABŞ-ın Əfqanıstan qaçqınlarını qəbul etmək istəyini təsdiq edən üçüncü ölkədir.

 

Ü.İsmayıl

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?