Modern.az

“Taliban”ın quracağı hökumətlə danışacağıq” – Ərdoğan

“Taliban”ın quracağı hökumətlə danışacağıq” – Ərdoğan

19 Avqust 2021, 22:07

“Lazım gələrsə, “Taliban” tərəfindən qurulacaq hökumətlə görüşüb, ortaq mövzularımızı danışacağıq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, əsas məqsəd Əfqanıstanın sabitliyi və təhlükəsizliyidir.

 

Ərdoğan hazırda Türkiyədə qanunsuz miqrantlarla bağlı narahatlığın yaşandığını vurğulayıb.

 

“Türkiyədə 180 mini qeydiyyatdan keçmiş, 120 mini qanunsuz miqrant olan əfqanıstanlı var. Son 3 ildə tutulan qanunsuz miqrantların yarısı əfqanıstanlıdır. Ölkəmizin 1 milyon əfqanıstanlını qəbul etdiyi haqqında yayılan məlumatlar yalandır”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Ülfan İsmayılov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?