Modern.az

Sabiq prezident həbsxanada özünü öldürmək istədi

Sabiq prezident həbsxanada özünü öldürmək istədi

Dünya

22 Avqust 2021, 07:12

Hazırda həbsdə olan Boliviyanın keçmiş qadın prezidenti Janin Anyes özünə qəsd etmək istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Pagina Siete” nəşri hökumət aparatının başçısı Eduardoda Del Kastiloya istinadən məlumat yayıb.

 

“Təəssüflə bildirmək istəyirəm ki, xanım Janin Anyes saxlanıldığı həbsxanada səhər tezdən özünə zərər vermək istəyib. Lakin hazırda onun sağlamlığına heç bir təhlükənin olmadığını bildiririk. Onun bir qolunda kiçik cızıqlar var, narahatlığa əsas yoxdur”, - deyə Boliviya hökumət aparatının başçısı vurğulayıb.

 

Qeyd edək ki, Boliviyanın sabiq prezidenti Janin Anyes terrorizm, dövlət xəyanəti və cinayət sövdələşməsi ittihamı ilə həbs olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?