Modern.az

Yaponiya silkələndi

Yaponiya silkələndi

Dünya

22 Avqust 2021, 08:59

Avqustun 22-də Yaponiyanın Fukuşima prefekturasının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.


Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.


Yeraltı təkanların episentri Fukuşima prefekturasının sahillərində, ocağı okeanın dibindən 60 kilometr dərinlikdə yerləşib.


Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


“Fukusima-1” AES-in operatoru “Tokyo Power Co.” şirkətinni yaydığı məlumata görə, AES ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?