Modern.az

İspaniya 4000 əfqan qaçqını qəbul edəcək

İspaniya 4000 əfqan qaçqını qəbul edəcək

Dünya

23 Avqust 2021, 22:18

İspaniya ABŞ ordusunun ölkənin cənubunda istifadə etdiyi iki hərbi bazada müvəqqəti olaraq 4000 əfqanıstanlını qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbə “Reuters” agentliyinə məlumat verib.

 

Mənbə Madrid və Vaşinqton arasında imzalanan müqaviləyə əsasən, əfqanıstanlıların İspaniyada iki həftəyə qədər qalacağını bildirib.

 

Qeyd edək ki, İspaniyaya gələn qaçqınlar Əfqanıstanda ABŞ hökuməti ilə əməkdaşlıq edənlərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?