Modern.az

“Taliban” Türkiyə ordusunun Kabildən çıxmasını istəyir

“Taliban” Türkiyə ordusunun Kabildən çıxmasını istəyir

Dünya

24 Avqust 2021, 19:54

“Taliblər Türkiyə ilə yaxşı əlaqələrin qurulmasını istəsə də, Türkiyə ordusunun Əfqanıstanda olmasını istəmir”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid deyib.

 

“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.

 

“Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma onların əsgərlərinin Əfqanıstanda olmasını istəmirik”, - deyə Mücahid qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?